TEST BANK
, Güvən nəşriyyatı № 17
Abituriyent seriyası № 17
İngilis dili Test Bankı
Cahid Məmmədov
Natiq Siyahov
Elşən Qurbanov
Ramil Əsədov
Tərtibat və dizayn
Güvən nəşriyyatı Dizayn & Qrafik
© GÜVƏN NƏŞRIYYATI MMC
GÜVƏN NƏŞRİYYATI MMC-nin rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı
bir hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qəti
QADAĞANDIR!
© Güvən nəşriyyatı 2015
ISBN13 978-9952-497-16-8
İngilis dili Test Bankı (Abituriyentlər üçün hazırlıq vəsaiti)
www.guvennesriyyati.az
, Ön söz
Əziz abituriyentlər və yuxarı sinif şagirdləri!
Sizə Güvən nəşriyyatı ingilis dili test bankının yeni nəşrini təqdim edirik. Siz qəbul
imtahanına çox ciddi şəkildə hazırlaşmalı və daha çox nəzəri bilikləri praktik istiqamətli test
tapşırıqlarında tətbiq etmək, düşünüb nəticə çıxarmaq bacarıqlarına sahib olmalısınız.
Bu test bankı ali məktəblərə qəbul imtahanına hazırlaşanlar üçün ingilis dilindən bilik
səviyyələrini üzə çıxarmaq üçün tərtib olunan ən yaxşı vəsaitlərdən biridir. Test bankında
tərtib olunmuş test tapşırıqları abituriyentlərin dilçiliyin əsas sahələrindən biri olan qramma-
tika və leksika sahəsində qazandıqları bilik, bacarıq və vərdişləri oxuyub anlamaq, düşünüb
məntiqi nəticə çıxarmaq və dildən bir ünsiyyət vasitəsi kimi istifadə etmək qabiliyyətinin üzə
çıxarılması məqsədi daşıyır.
Son illər qəbul imtahanlarında leksika sahəsində bilikləri yoxlayan və məntiqi düşüncəyə
əsaslanmağı tələb edən test tapşırıqlarının sayı artmışdır. Bu səbəbdən test bankı yeni nəşrində
qəbul imtahanlarında olan son dəyişiklik və yeniliklər nəzərə alınmaqla təkmilləşdirilmişdir.
Test bankı bir heyət işidir. Uzun illərdir ali məktəblərə müvəffəqiyyətlə abituriyentlər
hazırlayan təcrübəli mütəxəssis-müəllim heyəti tərəfindən tərtib edilən bu vəsaitdə 20 əsas
başlıq altında toplanan 2360 test tapşırığı və 200 sualdan ibarət açıq tipli testlər sizlərə təqdim
olunur. Bundan əlavə kitabın sonuna nəşriyyatımızın ingilis dili fənni üzrə 2014-2015-ci
tədris ilində istifadə olunmuş sınaqları (650 sual) əlavə olunmuşdur. Bu sınaqlar sizə qram-
matik mövzuları təkrarlamaqla yanaşı, eyni zamanda ən azı 2300 yeni sözü mənimsəməyinizə
kömək edəcək.
Ümidvarıq ki, praktiki əhəmiyyət kəsb edən bu vəsait abituriyent və yuxarı sinif şagirdlərinə
öz biliklərini yoxlamağa, testlərlə işləmək vərdişinə yiyələnməyə, testlərin quruluşu ilə tanış
olmağa və öyrənilmiş materialların daha dərindən mənimsənilməsinə kömək edəcəkdir.
Hər yeni nəşrində təkmilləşdiriləcək olan bu vəsait haqqında təklif və iradlarını bildirən
şəxslərə əvvəlcədən təşəkkürlərimizi bildirir və universitetə gedən yolda hamınıza uğurlar
diləyirik.